Rəcəb Tayyib Ərdoğan - Türkiyə Rusiya taxılını una çevirməyə və lazım gəldikdə Afrika ölkələrinə göndərməyə hazırdır
Rəcəb Tayyib Ərdoğan - Türkiyə Rusiya taxılını una çevirməyə və lazım gəldikdə Afrika ölkələrinə göndərməyə hazırdır

Türkiyə Rusiya taxılını una çevirməyə və lazım gəldikdə Afrika ölkələrinə göndərməyə hazırdır, – bu barədə Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan bəyan etdi.

Ərdoğanın dediyinə görə, Türkiyənin qlobal siyasətdə yeri və mövqeyi çox fərqlidir və Qara Dəniz taxıl dəhlizi problemini həll edən məhz elə Türkiyə idi.

“Biz bitirməmişik. Biz başqa hamının Rusiyaya hücum etdiyində, Rusiyaya hücum etmirik. Əksinə, biz cənab Putinlə əvvəl olduğu kimi, əlaqələri qoruyub saxladıq. O, hətta yaxşı təklif irəli sürdü və dedi: “taxılı pulsuz göndərirəm”. Biz ona dedik: “sizin təmmanasız göndərdiyiniz taxılı dəyirmanlarımızda üyüdəcəyik və Afrikanın yoxul ölkələrinə göndərəcəyik”. İndi bizim məqsədimiz taxılı una çevirin Afrikanın yoxsul ölkələrinə göndərməkdir. Ona görə ki, buna qədər 44 faizi Avropaya getdi. İndi biz bunu balanslaşdırıb Afrikanın yoxsul ölkələrinə göndərəcəyik ki, onların gözləntilərinə ən yaxşı cavab verək”, – Türkiyə prezidenti qeyd etdi.