Rəcəb Tayyib Ərdoğan - Türkiyə İsrail və Fələstini, İsraildəki hadisələrlə bağlı təmkinli davranmağa çağırır
Rəcəb Tayyib Ərdoğan - Türkiyə İsrail və Fələstini, İsraildəki hadisələrlə bağlı təmkinli davranmağa çağırır

Türkiyə İsrail və Fələstini, İsraildə baş verən hadisələri nəzərə alaraq təmkinli davranmağa çağırır, – bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz tərəfləri bu səhər İsraildə baş verən hadisələri nəzərə alaraq təmkinli davranmağa və gərginliyin artmasına səbəb olacaq impulsiv addımlardan çəkinməyə çağırırıq”, – deyə Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, Türkiyə regionun bütün ölkələri ilə problemlərini diplomatiya və dialoq yolu ilə həll etməyə çalışır.

“Regionda qan tökülməsini dayandırmaq bizim prioritetimizdir. Buna nail olmağın yolu ədaləti və beynəlxalq hüququ qorumaqdan keçir”, – deyə Ərdoğan bildirib.

Bu gün səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər atılıb. Medianın məlumatına əsasən, “Həmas” terror qruplaşmasının hücumu nəticəsində İsraildə azı 100 nəfər həlak olub. İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, 908 yaralı xəstəxanalara yerləşdirilib. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb. Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumuna görə İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.