Rəcəb Tayyib Ərdoğan – Türkiyə “HƏMAS” liderlərini qəti şəkildə dəstəkləyir

18:45, 09.03.2024

Türkiyə “HƏMAS” liderlərini qəti şəkildə dəstəkləyir – bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı bildirib.

““Heç kim bizi “HƏMAS”ı terror təşkilatı kimi tanımağa məcbur edə bilməz. Türkiyə “HƏMAS” liderləri ilə açıq şəkildə danışan və onlara güclü dəstək verən bir ölkədir”, – deyə Ərdoğan bildirib.

Bir az əvvəl Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu Stalin, Hitler və Mussolini ilə müqayisə edib. O, Qəzzədaki vəziyyəti soyqırım adlandırıb.

Oxşar