Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində İlham Əliyevlə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Türkiyənin Kommunikasiyalar Direktoratlığı tərəfindən yayılmış bəyanatda Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində görüş zamanı liderlərin ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə etdikləri qeyd olunub.
Ərdoğan Ermənistan-Azərbaycan sülh prosesində əldə olunan irəliləyişdən məmnunluğunu ifadə edib və Türkiyənin bu prosesə töhfə verməyə davam edəcəyini bildirib.
Bəyanatda qeyd olunub ki, iki ölkə bir çox sahələrdə, xüsusilə enerji və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı üçün addımlar atmağa davam edəcək.
Görüşdə həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edirdi.