Rəcəb Tayyib Ərdoğan Qara dənizdə mülki gəmilərə atəş açmağın qəbuledilməz olduğunu bildirir, Ərdoğan həm Rusiyanı, həm də Ukraynanı bu cür hərəkətlərdən çəkinməyə çağırıb
Rəcəb Tayyib Ərdoğan Qara dənizdə mülki gəmilərə atəş açmağın qəbuledilməz olduğunu bildirir – bu haqda Türkiyə Prezidenti Ankarada diplomatların yığıncağında deyib.
Rəcəb Tayyib Ərdoğan həm Rusiyanı, həm də Ukraynanı bu cür hərəkətlərdən çəkinməyə çağırıb.
“Ticarət və mülki gəmilərə atəş açmaq heç kimə fayda verməyəcək. Hər iki tərəfi bundan çəkinməyə çağırırıq” – Ərdoğan qeyd edib.
Həmçinin, Türkiyə Prezidenti beynəlxalq nizam sisteminin səmərəsizliyindən danışıb.
“Bugünkü dünya nizamı güclüləri qoruyur, onlar haqlı olmasalar belə, və zəifləri əzir, hətta həqiqət onların tərəfində olsa belə. Onilliklər ərzində bu, qeyri-sabitliyə, böhranlara və ədalətsizliyə səbəb olub” – Türkiyə Prezidenti deyib.
Onun bəyanatına əsasən, bu gün beynəlxalq təşkilatların əksəriyyəti “hərəkətsiz cəsədlər”ə çevrilib. Bu kontekstdə Ərdoğan Suriyadakı 13 illik vətəndaş müharibəsini nümunə kimi göstərdi. Türkiyə Prezidentinin sözlərinə əsasən, “özünü demokratiya və insan hüquqlarının müdafiəçisi elan edən heç bir ölkə Suriyada illər ərzində baş verən qırğınlara reaksiya verməyib”.
Həmçinin, Ərdoğan Qəzza sektorunda mövcud vəziyyətdən danışıb və bildirib ki, “İsrail anklavda Hirosimada istifadə olunan atom bombasından 14 dəfə güclü bombalardan istifadə edib”.
Həmçinin, Ərdoğan çıxışında Cənubi Qafqaz məsələsindən danışıb və bildirib ki, “Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxındırlar”. O bildirib ki, Türkiyə həmçinin Azərbaycanla dialoqda Ermənistanla münasibətlərin normallaşdırılması prosesini də irəli çəkməyə çalışır.