Rəcəb Tayyib Ərdoğan - Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi layihələrə birlikdə töhfə verəcəyik
Rəcəb Tayyib Ərdoğan - Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi layihələrə birlikdə töhfə verəcəyik

 

Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi layihələrə birlikdə töhfə verəcəyik – bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında Azərbaycan, Türkiyə və Pakistanın birgə sammitində bildirib.

Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, Türkiyə regionun sabitlik, rifah və inkişaf mərkəzinə çevrilməsini istəyir.

“Çağırışlar qarşısında həmrəyliyimizi və birgə hərəkətlərimizi gücləndirməyi seçim deyil, zərurət olaraq görürük. İnkişaf Yolu, Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi layihələrə birlikdə töhfə verəcəyik” – Türkiyə Prezidenti bildirib.