Rəcəb Tayyib Ərdoğan - NATO-nun sammitində xüsusilə qeyd etdim ki, Avropa İttifaqının müdafiə sənayesi təşəbbüslərinə üzv olmayan müttəfiqlərin tam şəkildə daxil edilməsi bütün Avropanın maraqlarına uyğun olardı

Sammitdə xüsusilə qeyd etdim ki, Avropa İttifaqının müdafiə sənayesi təşəbbüslərinə üzv olmayan müttəfiqlərin tam şəkildə daxil edilməsi bütün Avropanın maraqlarına uyğun olardı – bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti Avropa İttifaqının müdafiə və təhlükəsizlik təşəbbüslərinin NATO-nun təşəbbüslərini tamamlamalı olduğunu qeyd edib.

“Yekun olaraq, Avropada müdafiə imkanlarının artırılması bütün Avro-Atlantik regionun maraqlarına cavab verir. İstəyimiz bu hərtərəfli yanaşmanın bütün qitədə hakim olmasıdır” – Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Ərdoğanın bəyanatına əsasən, hazırda beynəlxalq gündəmi zəbt edən hadisələrin demək olar ki, hamısı Türkiyənin bilavasitə yaxınlığında baş verir və hakimiyyət Türkiyəni bütün bu böhranlardan, qaynar münaqişələrdən, gərginliklərdən uzaq tutmağa çalışır.