Rəcəb Tayyib Ərdoğan - Müharibə bütün bölgəni alova bürümədən dayandırılmalıdır, diplomatiyaya şans versək, sülhə nail olmaq tamamilə mümkündür
Rəcəb Tayyib Ərdoğan - Müharibə bütün bölgəni alova bürümədən dayandırılmalıdır, diplomatiyaya şans versək, sülhə nail olmaq tamamilə mümkündür

 

Müharibə bütün bölgəni alova bürümədən dayandırılmalıdır – bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan bildirib ki, Türkiyə regionda davam edən böhranlara laqeyd qalmayacaq və dostlarını tərk etməyəcək.

“Bu müharibə genişlənmədən və bütün bölgəni alova bürümədən dayandırılmalıdır. Diplomatiyaya şans versək, sülhə nail olmaq tamamilə mümkündür” – Ərdoğan bildirib.

Ərdoğan Türkiyənin tərəflərin danışıqlar masasına qayıtması üçün səylərini davam etdirdiyini bildirib.

Bununla yanaşı, Türkiyə Prezidenti ölkəni ətrafdakı “oddan” qorumaq üçün çox diqqətli hərəkət etdiyini qeyd edib.