Rəcəb Tayyib Ərdoğan Mixeil Ğavelaşvilini Müstəqillik Günü münasibətilə təbrik edir – "Zati-alilərinizə cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına isə sülh və rifah arzulayıram"
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edir.
“Cənab Prezident, öz adımdan və türk xalqı adından Zati-alilərinizi və dost gürcü xalqını Gürcüstanın Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Xalqlarımız arasında dostluq və ümumi maraqlara əsaslanan mehriban qonşuluq və strateji münasibətlər hər gün inkişaf edir, bu da mənə gələcəkdə regionumuzda sülhün, sabitliyin və intibahın təmin olunmasına xidmət edəcək bu əlaqələrin daha da möhkəmlənəcəyinə inam verir.
Fürsətdən istifadə edərək Zati-alilərinizə cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına isə sülh və rifah arzulayıram” – təbrik məktubunda qeyd olunub.