Rəcəb Tayyib Ərdoğan - İsrailin hərbi qüvvələri Qəzzada 70 000-dən çox fələstinlini, əsasən uşaqları və qadınları qətlə yetiriblər
İsrailin hərbi qüvvələri Qəzzada 70 000-dən çox fələstinlini, əsasən uşaqları və qadınları qətlə yetiriblər – bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti bildirib ki, Qəzza sektorunda on milyardlarla dollar dəyərində nəhəng dağıntı var və dağıntıların təmizlənməsi halında belə, valideynləri gözləri qarşısında qətlə yetirilən günahsız uşaqların yaşadığı travma ola bilsin heç vaxt silinməsin.
Ərdoğan Türkiyənin daimi atəşkəs və ədalətli sülhün təmin edilməsi üçün böyük səy göstərdiyini qeyd edib.
“Prosesi dəstəkləyən regionun bütün ölkələrinə, xüsusən də Qətər və Misirə minnətdarlığımı bir daha bildirirəm. İnanıram ki, qarşıdakı dövrdə bu nümunəvi həmrəyliyi daha böyük güc və qətiyyətlə davam etdirəcəyik. Həmçinin, atəşkəs rejiminin bərqərar olmasında göstərdiyi iradəyə görə bir daha ABŞ Prezidenti Trampa təşəkkür edirəm. Görünür, “HƏMAS” razılaşmanı qorumaqda olduqca qətiyyətlidir. Lakin, hamımız İsrailin bu məsələ ilə əlaqədar göstəricilərinin çox pis olduğunu görürük. Atəşkəs razılaşmasından sonra 200-dən çox günahsız insanı öldürən, müxtəlif bəhanələr arxasında gizlənən və Qərb sahildə işğal və hücumları davam etdirən administrasiya qarşımızdadır” – Türkiyə Prezidenti bildirib.