Rəcəb Tayyib Ərdoğan – İsrail Fələstin torpaqlarının işğalına son qoymalı və itkiləri ödəməlidir
İsrail Fələstin torpaqlarının işğalına son qoymalı və vurduğu ziyanı ödəməlidir. – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın baş naziri Ənvər İbrahimlə keçirdiyi mətbuat konfransında bildirib.
Türkiyə prezidenti 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılmasının “vacib olduğunu” deyib. Qəzza zolağına yardımdan danışan Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Ərəb anklavına dəstək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına üzv dövlətlərin birgə hərəkət edəcəyi təqdirdə mümkündür.
Malayziyanın baş naziri Ənvər İbrahim isə öz növbəsində Qəzzada atəşkəsdən danışarkən İsrailin təcavüzkar və ekspansionist siyasətinin davam etdiyini bildirib.