Rəcəb Tayyib Ərdoğan İsrail administrasiyasının humanitar yardımın Rəfah qapısı vasitəsilə keçməsinə icazə verməsi gərəkdiyini bildirir
Rəcəb Tayyib Ərdoğan İsrail administrasiyasının humanitar yardımın Rəfah qapısı vasitəsilə keçməsinə icazə verməsi gərəkdiyini bildirir

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail administrasiyasının humanitar yardımın Rəfah qapısı vasitəsilə keçməsinə icazə verməsi gərəkdiyini bildirir.

“Biz dərmanlar, tez xarab olmayan qidalar, su ilə dolu humanitar yardım təyyarəsi göndərdik” – Ərdoğan bildirib.

Türkiyə Prezidenti Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbərliyinin bölgəyə yeni yardım materialları göndərmək üçün hazırlığı davam etdirdiyini əlavə edib.

“İndi qardaş Misir hökuməti ilə sıx əməkdaşlıq edərək, Allahın izni ilə Qəzzaya humanitar yardım göndərməyə davam edəcəyik. Böhrandan çıxış yolu tapmaq, xüsusən də girovların azad edilməsi üçün əlaqələrimizi intensiv şəkildə davam etdiririk”- Türkiyə Prezidenti açıqlayıb.