Rəcəb Tayyib Ərdoğan - İran İsrailin quldur və dövlət terrorundan özünü ədalətli şəkildə müdafiə edir, hüququ tanımayan, qaydaları qəbul etməyən ölkə İrana açıq şəkildə hücum edib
Rəcəb Tayyib Ərdoğan - İran İsrailin quldur və dövlət terrorundan özünü ədalətli şəkildə müdafiə edir, hüququ tanımayan, qaydaları qəbul etməyən ölkə İrana açıq şəkildə hücum edib

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatına əsasən, İran İsrailin qanunsuz, quldur və dövlət terrorundan özünü ədalətli şəkildə müdafiə edir.

Ərdoğan bu barədə parlamentdə çıxışı zamanı deyib.

“İlk növbədə qeyd etmək istərdim ki, İranın İsrailin bu quldur və dövlət terrorundan özünü müdafiə etməsi tamamilə təbii, legitim və ədalətli bir haqqdır. Hüququ tanımayan, qaydaları qəbul etməyən və prinsipləri olmayan ölkə İrana açıq şəkildə hücum edib. Ərköyünləşmiş və kor edilmişdir” – Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti bildirib ki, İsrail İranla nüvə proqramı ilə əlaqədar davam edən danışıqların nəticələrini gözləməyib və hücumlara başlayıb.

“Nüvə silahına malik olan və nüvə fəaliyyətində heç bir beynəlxalq qayda tanımayan İsrail danışıqların nəticəsini gözləmədən genişmiqyaslı terror aktı həyata keçirdi. Bütün dünya və bəşəriyyətin gözü önündə həyata keçirdiyi bu təcavüz qarşısında təəssüf ki, beynəlxalq təsisatlar və dövlətlər, ilk növbədə isə ABŞ səssiz qalır və bəziləri təəssüf ki, bu quldurluğu açıq şəkildə dəstəkləyirlər” – Rəcəb Tayyib Ərdoğan bildirib.