Rəcəb Tayyib Ərdoğan fəlakətdən ən çox zərər çəkən Kahramanmaraşa getdi
Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan fəlakətdən ən çox zərər çəkən Kahramanmaraşa getdi.
Prezident yerli əhaliyə söz verdi ki, küçədə kimsə qalmayacaq.
Ərdoğanın dediyinə görə, zərərçəkənlər Antaliya, Alaniya və Mersin mehmanxanalarında yerləşə biləcəklər.
Dağılmış şəhərə gəldikdə, Ərdoğanın dediyinə görə, yeni yaşayış korpusları bir il ərzində inşa olunacaq. Bununla yanaşı, hər bir zərər çəkmiş ailə hökumətdən yardım şəklində 10 000 lira alacaq.