Rəcəb Tayyib Ərdoğan əgər Vladimer Putin də gəlsə, Donald Trampın Ukrayna məsələsi ilə bağlı danışıqlar üçün Türkiyəyə gəlməyə hazır olduğunu bildirir
Rəcəb Tayyib Ərdoğan əgər Vladimer Putin də gəlsə, Donald Trampın Ukrayna məsələsi ilə bağlı danışıqlar üçün Türkiyəyə gəlməyə hazır olduğunu bildirir

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əgər Putin də Türkiyəyə gəlsə, ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsi ilə bağlı danışıqlar üçün Türkiyəyə gəlməyə hazır olduğunu bildirir. Ərdoğan bu haqda bəyanatı NATO sammitindən qayıtdıqdan sonra verib.

Ərdoğan bildirib ki, o, Trampa Ankaranın sülh danışıqları üçün Rusiya və Ukrayna prezidentlərinin Türkiyədə görüşünü təmin etmək niyyətində olduğunu deyib.

“Tramp mənə dedi ki, əgər Rusiya Prezidenti məsələni həll etmək üçün İstanbula və ya Ankaraya gəlsə, o zaman mən də gələcəm. Lazımi təmaslarımız olacaq və Allahın izni ilə, bu görüşü keçirəcəyik” – Ərdoğan bildirib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Rusiya və Ukrayna İstanbulda danışıqların iki raundunu keçiriblər.