Rəcəb Tayyib Ərdoğan - Dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq, siyasi legitimliyi və beynəlxalq hüququ pozan heç bir əmələ haqq qazandırmırıq
Dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq, siyasi legitimliyi və beynəlxalq hüququ pozan heç bir əmələ haqq qazandırmırıq – bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan, Donald Trampla telefon danışığı əsnasında Venesuelanı qeyri-sabitliyə sürükləməməli olduqlarını qeyd etdiyini deyib.
“Venesuela ilə bağlı həm Türkiyə, həm də dost Venesuela xalqı üçün ən yaxşı və ən doğru olanı etməyə çalışırıq. Cənab Maduro və Venesuela xalqı dəfələrlə millətimizin dostları olduqlarını sübut ediblər. İki dost ölkə olaraq, çətin anlarda hər zaman bir-birimizin həmrəyliyinə üstünlük vermişik və dəyər vermişik. Bu gün də eyni anlayışla hərəkət edirik. Millətlərin suveren hüquqlarını pozmaq və beynəlxalq hüququ pozmaq qlobal səviyyədə ciddi fəsadlara səbəb ola biləcək riskli addımlardır. Qanunun aliliyinin yerinə gücün qanununun üstünlük təşkil etdiyi bir dünyada qeyri-sabitlik, böhran və münaqişə qaçılmazdır. Cənab Trampla telefon danışığı zamanı ölkəmizin narahatlığını onunla bölüşdük. Xüsusilə vurğuladıq ki, Venesuelanı qeyri-sabitliyə sürükləməməlidirlər” – Ərdoğan bildirib.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və türk xalqı Venesuela xalqının rifah, sülh və inkişaf uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək.