Rəcəb Tayyib Ərdoğan - Bu il ölkədəki meşə yanğınlarının 96 faizi insan amili ilə bağlı olub, 1 iyundan bəri meşə yanğınları ilə bağlı 40-a yaxın şəxs saxlanılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi məlumata görə, 2025-ci ilin yayında baş verən meşə yanğınları ilə əlaqədar 40-a yaxın şəxs saxlanılıb.
Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu il ölkədə baş verən meşə yanğınlarının 96 faizi insan amilindən qaynaqlanıb.
“1 iyundan sonra 149 şübhəli şəxs saxlanılıb, onlardan 38-i həbsdə qalıb”, – deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə meşə yanğınlarına qarşı effektiv şəkildə reaksiya verir və 2020–2024-cü illərin sonu etibarilə zərər görmüş meşə sahəsi İspaniya, İtaliya, Yunanıstan, Portuqaliya, ABŞ və Kanadadan daha az olub.