Rəcəb Tayyib Ərdoğan Almaniya Bundestaqının vitse-spikerini məhkəməyə verir

14:07, 30.09.2022

Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğanı “kanalizasiya siçovulu” adlandıran Almaniya Bundestaqının vitse-spikeri, Volfqanq Kubiçkini məhkəməyə verir.

Türkiyə prezidentinin vəkili təhqir və böhtana görə Almaniya Prokurorluğuna şikayət daxil etdi.

Kubickinin özünün dediyinə görə, “kanalizasiya siçovulu” uşaq hekayələrində görünən “kiçik, sevimli, lakin ağıllı bir məxluqdur”.

Bundestaq vitse-spikeri “kanalizasiya siçovulu kələmi” oyununu və “Ratatouille” filmini də xatırladı.

Ərdoğanın vəkilinin sözlərinə görə, Kubiçki Ərdoğana münasibətdə “kanalizasiya siçovulu” ifadəsinin “kriminal cinayəti” olduğunu bilir.

Almaniya mediasının yazdığı kimi, Bundestaqın vitse-spikerinin təhqiramiz ifadələrinə görə Türkiyə Almaniya səfirini çağırdı. Aşağı Saksoniyada keçirilən partiya kampaniyasında Kubiçki qaçqın böhranı ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid etdi. Kubiçki Ərdoğanı “kanalizasiya siçovulu” adlandırdı və Türkiyə hökumətini növbəti miqrasiya böhranını qəsdən təhrik etməkdə ittiham etdi.

Oxşar