Rəcəb Tayyib Ərdoğan - Əvvəlcə terrordan təmizlənmiş Türkiyə, sonra isə terrordan təmizlənmiş bölgə hədəfimizə çatacağıq, bununla da şəhidlərimizin ruhlarını rahatladacağıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kürdüstan Fəhlə Partiyası “nın tərksilah prosesini qoruyacağına söz verir və “qanlı qandallar”ın aradan qaldırılacağını deyir.
Ərdoğan yaxın günlərdə yaxşı xəbərlərin gözlənildiyini bildirib.
“Əvvəlcə terrordan təmizlənmiş Türkiyə, sonra isə terrordan təmizlənmiş bölgə hədəfimizə çatacağıq, bununla da şəhidlərimizin ruhlarını rahatladacağıq və onların fədakarlığının əbəs olmadığını göstərəcəyik. Şəhidlərimizin uğrunda canlarını fəda etdikləri dəyərləri rəhbər tutaraq, Türkiyəni yarım əsr boyunca davam edən bədbəxtlikdən xilas etmək və ölkəmizin ayağına vurduğumuz qanlı qandalları tamamilə aradan qaldırmaq niyyətindəyik. Arzu edirik ki, bu proses mümkün qədər tez, hər hansı maneə olmadan uğurla başa çatsın və hansısa qaranlıq və çirkli dairələrə onu sabotaj etmək imkanı verməyək” – Türkiyə Prezidenti qeyd edib.