Rəcəb Tayyib Ərdoğan – İsrail tərəfindən Suriya ərazisinə hücum təxribatdır və qəbuledilməzdir, Türkiyə hər vasitə ilə Suriyanın yanında olacaq

20:55, 30.04.2025

 

İsrailin Suriya ərazisinə hücumları bu ölkədə yeni administrasiya dövründə başlayan müsbət mühiti baltalamaq cəhdidir – bu barədə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti bildirib ki, Qəzza sektoru və Livandan sonra İsrail indi atəşi Suriyaya yaymaq və orada da qan tökmək qərarını verib.

“Bu, İsrail tərəfindən təxribatdır və qəbuledilməzdir. Qonşumuz Suriyanı yeni qeyri-sabitlik bataqlığına sürükləyən istənilən cəhdə müxtəlif yollarla reaksiyamızı göstərəcəyik. Bizim qayəmiz bölgəmizdə daha çox münaqişə deyil, daha çox sülh və əmin-amanlıqdır” – Ərdoğan bildirib.

Həmçinin, Türkiyə Prezidenti qeyd edib ki, ölkənin Suriya ilə 900 kilometr uzunluğunda sərhədi var və Türkiyə gələcək prosesdə hər vasitə ilə Suriyanın yanında olacaq.

Oxşar