Rəcəb Tayyib Ərdoğan – Ermənistan sülhün tarixi imkanından istifadə etməlidir

15:42, 21.10.2022

Ermənistan sülhün tarixi imkanından istifadə etməlidir, – bu barədə Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı onu müşayiət edən media nümayəndələrinə bəyan etdi.

Ərdoğan həmçinin qeyd etdi ki, Türkiyə Şuşada Baş Konsulluun açılmasını planlaşdırır.

Türkiyə prezidenti dünən Azərbaycan prezidenti İlham Əliyevlə birgə açılış mərasimində iştirak etdiyi Zəngilani Beynəlxalq Aeroportunun əhəmiyyətindən də danışdı.

“Zəngilan strateji əhəmiyyətli bir yerə malikdir və tikilən hqeroport təkcə Azərbaycanın deyil, bütün bölgənin inkişafına mühüm töhfə verəcək”, – Ərdoğan bəyan etdi.

Ərdoğan bölgənin bütün dünya ilə kommunikasiyalarının bərpasını və nəqliyyat marşrutlarının inkişafını strateji əhəmiyyətli addımlar adlandırdı.

“Bizim Cənubi Qafqazla bağlı ümumi baxışımız sülh, sabitlik və inkişafa əsaslanır. Sərhədlərin açılması, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında kommunikasiyaların açılması, sülh razılaşmasının (Ermənistanla) imzalanması bölgədə vəziyyətin normallaşmasına töhfə verəcək mühüm addımlar olacaq. Uzun illərdən sonra bölgədə davamlı sülh şansı yarandı və bunun üçün yüksək qiymətin ödənilməli lazım gəldi”, – Ərdoğan bəyane tdi.

Türkiyə prezidentinin dediyinə görə, Azərbaycan və Ermənistan arasında danışıqlarda proqress, Ankara ilə Yerevan  arasında münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərir.

Oxşar