Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç müqavilənin qüvvəyə minmə tarixlərini təsdiq etdi

13:29, 04.09.2021

Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç müqavilənin qüvvəyə minmə tarixlərini təsdiq etdi.

Medianın məlumatına görə, 25 fevral 2020-ci ildə imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma”, 31 oktyabr 2017-ci ildə imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Müdafiə Sənayesi Anlaşması”, 25 aprel 2018-ci ildə imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Mədəniyyət Mərkəzlərinin Qurulması, İşlədilməsi və Fəaliyyətləri Haqqında Anlaşma” sənədlərinin qüvvəyə minmə tarixləri təsdiq olunub.

Oxşar