Reiçel Tompson - Gürcüstanın maliyyə nazirindən Gürcüstanla bağlı ən son məlumatı, ölkənin Asiya İnkişaf Bankından nə kimi faydalar əldə edə biləcəyini öyrənmək üçün yaxşı imkanım oldu
Gürcüstanın maliyyə nazirindən Gürcüstanla bağlı ən son məlumatı, ölkənin Asiya İnkişaf Bankından nə kimi faydalar əldə edə biləcəyini öyrənmək üçün yaxşı imkanım oldu – bu barədə Asiya İnkişaf Bankının icraçı direktoru Reiçel Tompson bildirib.
O, Gürcüstanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq məsələlərinə toxunulduğunu deyib.
“Asiya İnkişaf Bankının İdarəçilər Şurasının 58-ci illik görüşündə Gürcüstan nümayəndə heyətinə ev sahibliyi etmək böyük şərəfdir. Gürcüstanın maliyyə nazirindən Gürcüstanla bağlı ən son məlumatı, ölkənizin Asiya İnkişaf Bankından nə kimi faydalar əldə edə biləcəyini öyrənmək üçün yaxşı imkanım oldu. Asiya İnkişaf Bankı ilə Gürcüstan arasında əməkdaşlığın daha da necə gücləndirilə biləcəyi haqda danışdıq. Tərəfdaşlığımız artıq bir neçə onillikdir davam edir və milli əhəmiyyətə malik infrastruktur layihələrinin maliyyələşdirilməsini əhatə edir. Ölkənin yeni ehtiyaclarının qarşılanması üçün indi bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə şaxələndirilir” – Reiçel Tompson bildirib.