Regionlarda fəaliyyət göstərən baytarlıq klinikaları sahibli dişi itlərin pulsuz sterilizasiyası və çiplənməsi xidmətini həyata keçirəcək

15:50, 07.07.2026

Qida Milli Agentliyində Gürcüstanın müxtəlif regionlarında hiperpopulyasiya proqramı çərçivəsində sahibli dişi itlərin sterilizasiyası, vahid elektron bazada qeydiyyatı və çiplənməsini həyata keçirən baytarlıq klinikalarının nümayəndələri ilə görüş keçirilib.

Qida Milli Agentliyinin məlumatına görə, görüş zamanı Agentliyin rəhbəri Giorgi İakobaşvili özəl sektorla dövlət arasında əməkdaşlığın vacibliyini vurğulayıb və proqramın səmərəli həyata keçirilməsi üçün iştirakçı tərəflər arasında davamlı əlaqənin zəruri olduğunu qeyd edib.

“İnsan sağlamlığının qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə həm sahibsiz və ya himayəyə götürülmüş, həm də sahibli itlərin identifikasiyası, qeydiyyatı və çiplənməsi nəzərdə tutulub. Həmçinin zərurət yarandıqda dişi itlərin sterilizasiyası da həyata keçirilir. Bu prosesdə Agentliklə yanaşı, özəl baytarlıq klinikaları da iştirak edir. Yerli özünüidarəetmə orqanlarının prosesə cəlb olunması mühüm əhəmiyyət daşıyır”, – deyə Giorgi İakobaşvili bildirib.

Görüşdə Qida Milli Agentliyinin rəhbərinin müavini Aleksandre Zurabişvili, Baytarlıq Nəzarəti Departamentinin və hiperpopulyasiya proqramında iştirak edən baytarlıq klinikalarının nümayəndələri iştirak ediblər.

Oxşar