Regionlarda dağınıq skleroz diaqnozu olan pasiyentlər bahalı dərmanları alacaqlar, benefisiarlar üçün tibbi xidmət və maqnit rezonans müayinələr maliyyələşdiriləcək
Regionlarda dağınıq skleroz diaqnozu olan pasiyentlər bahalı dərmanları alacaqlar, benefisiarlar üçün tibbi xidmət və maqnit rezonans müayinələr maliyyələşdiriləcək

 

Nadir xəstəliklərin müalicəsi üzrə dövlət proqramı genişləndirilib – regionlarda yaşayan dağınıq skleroz diaqnozu olan pasiyentlər bahalı müalicəvi dərmanları alacaqlar. Benefisiarlar üçün həmçinin tibbi xidmət və maqnit rezonans müayinələr maliyyələşdiriləcək.

Səhiyyə naziri dağınıq skleroz diaqnozu olan pasiyentlər və onların ailə üzvləri ilə görüşüb. Mixeil Sarcveladze onlara dövlət maliyyələşməsi və yeni xidmətlər barədə ətraflı məlumat verib.

Səhiyyə nazirinin bəyanatına əsasən, yenilik nəticəsində bütün pasiyentlər zəruri müalicəyə bərabər çıxış əldə edəcəklər, bu da onların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, bununla yanaşı benefisiarları və onların ailələrini əhəmiyyətli maliyyə təzyiqindən azad edəcək.

Proqram çərçivəsində dövlət aparıcı əczaçılıq şirkətləri tərəfindən istehsal olunan yüksək keyfiyyətli modifikasiyaedici dərmanlar “Ocrevus” (məhlul ) və “Gilenya”nı (həb şəklində) artıq alıb. Pasiyentlərə fərdi şəkildə, onların diaqnozunun xüsusiyyətlərini nəzərə alaraq təyin edilən bu dərmanlar maliyyələşdiriləcək. Həmçinin, “Ocrevus” məhlulu halında, gündüz stasionar şəraitdə həyata keçirilən onun venadaxili infuziya və ya dərialtı inyeksiyası maliyyələşdirilir.

Benefisiarlara maddi dəstək, müalicənin monitorinqi və onun effektivliyini artırmaq məqsədilə pasiyentlər ehtiyaca əsasən beyin və onurğa beyninin pulsuz maqnit rezonans müayinələrindən keçəcəklər.

Proqram həmçinin gündüz stasionar şəraitdə “Metilprednizolon” dərmanı ilə müalicə komponentini də əhatə edir, bu, xəstəliyin kəskinləşməsi halında təyin olunur və tam şəkildə maliyyələşdiriləcək.

Qeyd etmək lazımdır ki, paytaxtda və Acarada yaşayan benefisiarlar üçün proqramı yerli hökumət həyata keçirir.

Proqrama qoşulmaq üçün pasiyent və ya onun nümayəndəsi Milli Sağlamlıq Agentliyinə müraciət etməli, #100 forması təqdim etməlidir və proqramda qeydiyyatdan keçdikdən sonra benefisiar ona aid dərman vasitəsini aptekdən götürmək, tibbi xidmətlər üçün tibb müəssisəsinə müraciət etmək imkanına malik olacaq.

Dağınıq skleroz mərkəzi sinir sisteminin xroniki, proqressiv xəstəliyidir və müxtəlif funksiyaların məhdudlaşmasına səbəb olur. Müalicə isə pasiyentlərin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.