Reqbi | Gürcüstanın 20 yaşadək milli komandası Uruqvayı məğlub edərək 9–12-ci yerlər uğrunda mübarizə aparacaq #1TVSPORT
Gürcüstanın 20 yaşadək reqbi üzrə milli komandası Gənclər arasında dünya çempionatının qrup mərhələsinin son turunda Uruqvay yığmasını 56:3 hesabı ilə məğlub edərək 9–12-ci yerlər uğrunda yarımfinala vəsiqə qazanıb.
Gənc “Borjğalosanlar”ın heyətində Razmadze, Dzodzuaşvili, Tabatadze, Narsia (3), Nozadze və Axvlediani cəhd müəllifi olublar. Xalvaş isə bütün çevirmələri dəqiq yerinə yetirib. Bununla da Gürcüstan millisi qrup mərhələsini qələbə ilə başa vurub.
Gürcüstanın 20 yaşadək milli komandası mübarizəni 9–12-ci yerlər uğrunda davam etdirəcək. Bu mərhələnin oyunları Kutaisidəki “Aya Arena”da keçiriləcək.