Rəqabət və İstehlakçının Müdafiəsi Agentliyinin qərarı ilə “Glovo”nun gürcü dilində xidmətin pozulması faktı müəyyən edilib
Gürcüstanın Rəqabət və İstehlakçının Müdafiəsi Agentliyi (GCCA) tərəfindən MMC “Glovo App Georgia”nın (GLOVO) Gürcüstanın “İstehlakçının Hüquqlarının Müdafiəsi haqqında” qanununu pozması faktı – ədalətsiz kommersiya fəaliyyəti müəyyən edilib. Məsələ kuryer sektorunda gürcü dilində xidmətlə bağlıdır. Məlumatı Rəqabət və İstehlakçının Müdafiəsi Agentliyi yayır.
“Agentlikdə qeydə alınan ərizəyə əsasən, istifadəçi “Glovo” tətbiqi vasitəsilə məhsulu sifariş edib, lakin məhsul ehtiyatda olmayıb. Sifarişin ləğvi ilə bağlı problem yaranıb, çünki kuryer gürcü dilində danışa bilmirmiş, yanlış ünsiyyətə görə istifadəçidən pul kəsilib.
Qeyd etmək vacibdir ki, Gürcüstanın “İstehlakçının Hüquqlarının Müdafiəsi haqqında” qanununa uyğun olaraq, ticarətçi alqı-satqıdan sonrakı xidməti alqı-satqı sövdələşməsi bağlamazdan əvvəl istifadə edilmiş dilə uyğun olaraq göstərməyə borcludur, bu, ilk növbədə, Gürcüstan ərazisində dövlət dilində olmalıdır. Lakin, istifadəçinin əvvəlcədən seçimi və ya razılığı ilə xidmət başqa dildə də göstərilə bilər.
Agentliyin qərarına əsasən, ticarətçinin üzərinə məlumatlandırma standartına əməl etmək öhdəliyi qoyulub. Xüsusilə istifadəçilər üçün gürcü dilində xidmətin əlçatan olmasını təmin etsin və ticarət siyasətini qanunun müvafiq maddələrinin tələblərinə uyğunlaşdırsın” – məlumatda qeyd olunub.