Rəqabət və İstehlakçıların Müdafiəsi Agentliyi "Toyota Center Tbilisi" ilə istehlakçının xeyrinə şərti öhdəlik götürmək haqqında müqavilə bağlayıb
Gürcüstanın Rəqabət və İstehlakçıların Müdafiəsi Agentliyi istehlakçının xeyrinə “Toyota Center Tbilisi” ilə şərti öhdəlik götürmək haqqında müqavilə bağlayıb.
Rəqabət və İstehlakçıların Müdafiəsi Agentliyi tərəfindən yayılmış məlumatda deyildiyi kimi, bağlanmış müqaviləyə əsasən, ehtimal edilən qanun pozuntusunun aradan qaldırılması üçün agentliyin qərarı ilə ticarətçiyə tapşırılıb – şirkətin daxili siyasətində düzəlişlər etsin və qanunun tələblərinə uyğunlaşdırsın; gürcü dilində istehlakçıya məlumat təqdim etmək formasını işləyib hazırlasın – aydın, başa düşülən və tam şəkildə; ticarət obyektində yerləşdirilmiş malın və ya xidmətin satış qiymətinin və vahid qiymətinin aydın və başa düşülən formada göstərilməsini təmin etsin; zəmanət şərtlərini aydın şəkildə formalaşdırsın və s.
“Agentliyin qərarı ilə ticarətçiyə agentlik qarşısında duran öhdəlikləri yerinə yetirmək üçün bir ay müddət verilib. Qeyd etmək vacibdir ki, agentliklə bağlanmış şərti öhdəlik müqaviləsi mühüm hüquqi mexanizmlərdən biridir, müqavilə çərçivəsində şirkətə öz ticarət siyasətini qanuna uyğunlaşdırmaq tapşırılır” – Rəqabət və İstehlakçıların Müdafiəsi Agentliyi tərəfindən yayılmış məlumatda deyilir.