Reabilitasiya işlərindən sonra Likanidə yerləşən Romanovlar sarayı necə olacaq
Likanidə yerləşən Romanovlar sarayının reabilitasiya layihəsinin təqdimatı keçirildi. Layihə, tarixi parkın memarlıq kompleksinin reabilitasiya edilməsini nəzərdə tutur. Layihəyə əsasən, parkən ərazisində yerləşən XIX əsrin tarixi binası üzərində irimiqyaslı yenidənqurma işləri aparılacaq. Avtentik görünüşə Nikoloz Romanovun sarayı və oranjereya çatacaq. Tarixi park yaradılacaq, orada ziyarətçilər mərkəzi, inzibati binalar və körpü tikiləcək. Layihəni “Əməkdaşlıq fondu” və “Likani residens” maliyyələşdirir.
Likani ərazisində yerləşən Romanovlar sarayı, keçmiş dövlət iqamətgahı və həmin ərazini gələcək inkişaf məqsədilə “Əməkdaşlıq fonduna” İqtisadiyyat və sabit inkişaf nazirliyi 25 illik idarə hüququ ilə 2016-cı ildə verdi.