Reabilitasiya işləri ilə əlaqədar Giorgi Leonidze küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

16:26, 31.07.2026

Yeraltı kommunikasiya xətlərinin bərpası işləri ilə əlaqədar avqustun 2-si saat 00:00-dan etibarən 10 gün müddətində Giorgi Leonidze küçəsində, Sulxan-Saba küçəsi ilə İnqorokva küçəsi arasındakı hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sürücülər alternativ marşrut kimi İvane Maçabli, Giqa Lortkipanidze, Paolo İaşvili və Pyotr Çaykovski küçələrindən istifadə edə biləcəklər. Həmçinin Leonidze küçəsində hərəkətin məhdudlaşdırıldığı müddətdə Sulxan-Saba küçəsində avtomobillərin hərəkətinə müvəqqəti icazə veriləcək.

Bu müddətdə ictimai nəqliyyat — 316, 324, 364, 374, 380, 382, 383 və 390 nömrəli avtobuslar, həmçinin 408 və 541 nömrəli marşrut avtobusları Leonidze küçəsindən İaşvili küçəsi istiqamətində Maçabli və Lortkipanidze küçələri vasitəsilə hərəkət edəcək, daha sonra isə müəyyən edilmiş marşrut üzrə davam edəcəklər.

Məlumatı Tbilisi meriyası yayıb.

Oxşar