Rati Yonatamişvili - daxili söhbətlərində də etiraf edirlər ki, əslində Parlament seçkiləri saxtalaşdırılmayıb və nə də beynəlxalq dəstəkləri yoxdur
Parlament çoxluğunun üzvü, Rati Yonatamişvili jurnalistlərlə söhbəti zamanı “Qirçi” partiyasının üzvü, Yaqo Xviçiyanın bəayanatını dəyərləndirdi və qeyd etdi ki, onlar daxili söhbətlərində də etiraf edirlər ki, əslində Parlament seçkiləri saxtalaşdırılmayıb və nə də beynəlxalq dəstəkləri yoxdur.
Söhbət Xviçiyanın bəyanatından gedir ki, səfirlərlə görüş zamanı açıq aydın görünürdü ki, onlar müxalifətə tərəf deyildilər.
“Dinlədik və onlar daxili söhbətlərində də etiraf edirlər ki, əslində Parlament seçkiləri saxtalaşdırılmayıb və nə də beynəlxalq dəstəkləri yoxdur və hətta, öz seçicilərinin belə dəstəkləri yoxudur. Yeganə nəyin ümidinədirlərsə, odur ki, yazda ölkədə ağır sosial fon olacaq və bunusa öz zoraklıq məqsədləri üçün istifadə etsinlər. Aydındır ki, bu onlarda alınmayacaq, çünki Gürcüstan bu çağırışlara layiqincə cavab verəcək” – Rati Yonatamişvili bəyan etdi.