Rati İonatamişvili - “Milli Hərəkat” Konstitusiyanı sarsıdırdı, gürcü dövlətinə və gürcü xalqına düşmənçilik edirdi, Konstitusiya Məhkəməsinin qərarı olacaq
Rati İonatamişvili - “Milli Hərəkat” Konstitusiyanı sarsıdırdı, gürcü dövlətinə və gürcü xalqına düşmənçilik edirdi, Konstitusiya Məhkəməsinin qərarı olacaq

 

“Milli Hərəkat” Konstitusiyanın 23 maddəsinin bütün müddəalarını pozub, bu partiya fəaliyyəti boyunca Gürcüstan Konstitusiyasını sarsıdırdı, gürcü dövlətinə və birbaşa gürcü xalqına düşmənçilik edirdi – bu haqda Gürcüstan Parlamentinin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Rati İonatamişvili deyib.

O bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı olacaq və bunun bütün arqumentlər açıqdır.

“Əminəm ki, Konstitusiya Məhkəməsinin qərarı olacaq və bunun bütün arqumentləri açıqdır. Avropa deputatlarından daha çox “Milli Hərəkat”ın sözçülərinə bənzəyən avrobürokratların qiymətləndirmələri bizə bir daha göstərir ki, onlarda qalan əsas dəyərlərdən biri ikili standartdır, çünki konstitusiyaya düşmən olan hər kəsin qadağan olunması kimi Avropa təcrübəsi var. Bu halda onların istəyi fərqlidir. Bu strukturların sağlam prinsiplərdən məhrum olması görünür. “Milli Hərəkat” siyasi partiya deyil, onların əlində nifrət və zorakılıq vasitəsidir” – Rati İonatamişvili bildirib.