Rati İonatamişvili - Hüquqi dövlətdə prezident ölkənin suverenliyinin qarantıdır, lakin Moldova halında eşitdik ki, bu ölkənin prezidenti başqa bir ölkənin qubernatorluğunu arzulayır
Eşitdik ki, Moldova Prezidenti başqa bir ölkənin qubernatorluğunu arzulayır. Bu, bizə Gürcüstan Prezidenti olmuş və sonra başqa bir ölkədə əyalətin qubernatoru olmuş Saakaşvilini xatırlatdı – bu haqda parlament çoxluğunun üzvü Rati İonatamişvili deyib.
İonatamişvili Moldova Prezidenti Maia Sandunun ölkənin Rumıniya ilə birləşməsini dəstəkləyəcəyi barədə bəyanatına münasibət bildirib.
İonatamişvilinin sözlərinə əsasən, Maia Sandunun Gürcüstanda zorakılığı ruhlandırması təəccüblü deyil.
“Hüquqi dövlətdə prezident ölkənin suverenliyinin qarantıdır, lakin Moldova halında eşitdik ki, bu ölkənin prezidenti başqa bir ölkənin qubernatorluğunu arzulayır. Bu, bizə Gürcüstan Prezidenti olmuş və sonra başqa bir ölkədə əyalətin qubernatoru olmuş Saakaşvilini xatırlatdı. Bununla bir daha görünür ki, bu insanlar öz dövlətlərinin suverenliyinin maraqlarına xidmət etmirlər, əksinə, görünür, onların çox çətin taleyi var və əslində, onların həqiqətən də çox ortaq cəhətləri var. Bundan irəli gələrək, xanım Sandunun bu yaxınlarda Gürcüstanda zorakılığı ruhlandırması və zorakılığın tərəfində durması bizi təəccübləndirmir” – Rati İonatamişvili qeyd edib.
Məlumat üçün bildirək ki, Moldova Prezidenti Maia Sandu ölkənin Rumıniya ilə birləşməsini dəstəkləyəcəyini bildirib. “Moldova kimi kiçik bir ölkə üçün suveren ölkə kimi həyatda qalmaq getdikcə daha da çətinləşir”- Sandu bildirib.