Rati İonatamişvili - Gürcüstan bütün öhdəliklərini vicdanla yerinə yetirdiyinə görə təşəkkür alıb, əcnəbi spikerlər gürcü xalqından və dövlətindən üzr istəməlidirlər
Ölkənin daxili və kənar düşmənlərindən Gürcüstana qarşı necə kütləvi hücum olduğu yadımızdadır, Gürcüstan isə bütün öhdəliklərini vicdanla yerinə yetirdiyinə görə təşəkkür alıb – bu haqda Gürcüstan Parlamentinin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Rati İonatamişvili deyib.
O bildirib ki, əcnəbi spikerlər gürcü xalqından və dövlətindən üzr istəməlidirlər.
“Ölkənin daxili və kənar düşmənlərindən Gürcüstana qarşı necə kütləvi hücum olduğu yadımızdadır. Bir qayda olaraq, dırnaqarası siyasi partiyalar və onların Avropa strukturlarından olan kənar sahiblərinin iştirak etdiyi bu hücum hər dəfə əlaqələndirilmiş və razılaşdırılmış şəkildə baş verirdi. Bu gün bir daha gördük ki, Gürcüstan bütün öhdəliklərini vicdanla yerinə yetirdiyinə görə təşəkkür alıb. Buna görə də, əcnəbi spikerlər gürcü xalqından və dövlətindən üzr istəməlidirlər, dezinformasiya yaymaqla ölkəyə qarşı mübarizə aparan daxili oyunçuların isə siyasətdə qalmaq üçün heç bir mənəvi haqqı yoxdur” – Rati İonatamişvili bildirib.
Gürcüstan hökuməti sanksiyalar məsələləri üzrə Avropa İttifaqının xüsusi nümayəndəsi Devid O’Sallivandan rəsmi məktub alıb, məktubda Devid O’Sallivan Gürcüstan hökumətinə “Avropa İttifaqı tərəfindən Rusiyaya tətbiq edilmiş sanksiyalardan yan keçilməməsi üçün artıq atılmış addımlara və ən yüksək səviyyədə ifadə edilən sədaqətə görə” təşəkkür edir.