Rati İonatamişvili - Avrobürokratlar bir tərəfdən zorakılığı təşviq edir və aşkar faktlara göz yumurlar, digər tərəfdən isə Gürcüstana ədalətsiz şəkildə hücum edirlər
Rati İonatamişvili - Avrobürokratlar bir tərəfdən zorakılığı təşviq edir və aşkar faktlara göz yumurlar, digər tərəfdən isə Gürcüstana ədalətsiz şəkildə hücum edirlər

 

Avrobürokratlar insan hüquqları ilə ümumiyyətlə maraqlanmırlar, onların məqsədi dar siyasi maraqları güdməkdir – bu haqda Parlamentin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Rati İonatamişvili deyib.

Onun sözlərinə əsasən, ikili standartlar tətbiq edildikdə, onların nüfuzu gürcü cəmiyyətinin gözündə zədələnir.

“Avrobürokratlar insan hüquqları ilə ümumiyyətlə maraqlanmırlar, onların məqsədi dar siyasi maraqları güdməkdir. Məhz buna görə də, onlar bir tərəfdən zorakılığı təşviq edir və aşkar faktlara göz yumurlar, digər tərəfdən isə Gürcüstana ədalətsiz şəkildə hücum edirlər. Görünür, onlar hətta vecinə də almırlar ki, sonda ikili standartlar tətbiq edildikdə, onların nüfuzu gürcü cəmiyyətinin gözündə zədələnir” – İonatamişvili bildirib.