Rati Breqadze – Strateji tərəfdaşımız olan Amerika Birləşmiş Ştatları və Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm, azadlığın əhəmiyyət kəbs etdiyi hər kəs üçün bu gün önəmli gündür
Ədliyyə naziri Rati Breqadze Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edir.
“Strateji tərəfdaşımız ABŞ-ı və Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm! Bu gün azadlıq, müstəqillik, demokratiya prinsipləri ilə maraqlanan hər kəs üçün dəyərlidir.
Gürcüstan və ABŞ arasındakı strateji tərəfdaşlıq bu gün ən yüksək səviyyədədir. Amerikalı dostlarımıza Gürcüstanın ABŞ-dan verdiyi nümunəvi əməkdaşlıq və dəstəyə görə təşəkkür edirəm. Gürcüstan və Amerika ortaq dəyərləri bölüşürlər.
Amerika hökumətinin dəstəyi bizim üçün vacibdir və əvəzsizdir. Gürcüstan müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın Gürcüstanın demokratik inkişafına dəyişməz töhfəsini qiymətləndiririk. Amerika xalqına uğurlar, sülh və sabitlik diləyirəm!”, – deyilir ədliyyə nazirinin təbrikində.