Rati Breqadze - Konstitusiyanı pozan prezident, yüksək ehtimalla seçkilərin saxtalaşdırılması ilə bağlı ittihamları sübut etməyi belə lazım görmür, ehtimal ki, onların bu suala da cavabı "çünki" olacaq
Rati Breqadze - Konstitusiyanı pozan prezident, yüksək ehtimalla seçkilərin saxtalaşdırılması ilə bağlı ittihamları sübut etməyi belə lazım görmür, ehtimal ki, onların bu suala da cavabı "çünki" olacaq

 
Təəssüf ki, beşinci prezident öz səlahiyyət müddətini elə tamamlayır ki, o, dövlət maraqlarını və konstitusiyanı qorumaq əvəzinə, sadəcə olaraq perseptualizmin banisi kimi ortaya çıxdı – bu haqda Gürcüstanın ədliyyə naziri Rati Breqadze “Facebook” səhifəsində yazır.

Rati Breqadze bildirib ki, Salome Zurabişvili dəlil olmadan seçkiləri tamamilə saxtalaşdırılmış adlandırır və bunu tanımır.

“Dünən prezident sarayında perseptualizm ideologiyasının davamçılarının təsis qurultayı keçirildi. Konstitusiyanı pozan prezident yalnız öz təsəvvürlərinə və təəssüratlarına əsaslanaraq, dəlil-sübut olmadan seçkiləri tamamilə saxtalaşdırılmış adlandırır və onu tanımır. Salome xanım təfərrüatlara varmır və yüksək ehtimalla ittihamları sübut etməyi belə lazım görmür. Ehtimal ki, onların bu suala da cavabı əfsanəvi “çünki” olacaq. Təəssüf ki, beşinci prezident öz səlahiyyət müddətini elə tamamlayır ki, o, dövlət maraqlarını və konstitusiyanı qorumaq əvəzinə, sadəcə olaraq perseptualizmin banisi kimi ortaya çıxdı” – Rati Breqadze yazır.