Rati Breqadze - İctimai Reyestr tikintiyə icazə verən orqan deyil
Rati Breqadze - İctimai Reyestr tikintiyə icazə verən orqan deyil

Ədliyyə naziri, Rati Breqadze hökumət üzvləri ilə, Batumidə binanın uçması nəticəsində həlak olanların mülki dəfn mərasimində iştirak etdi və jurnalistlərin suallarına da cavab verdi.

Nazir bir daha açıqladı ki, İctimai Reyestr tikintiyə icazə verən orqan deyil.

“Məlumatı İctimai Reyestrin özü yaydı, o cümlədən müsahibə var idi, ictimaiyyət üçün daha aydın ki edək, İctimai Reyestr tikintiyə icazə verən orqan deyil. Müvafiq olaraq, İctimai Reyestr ilə bağlı bənzər suallar düzgün deyil”, – Rati Breqadze bəyan etdi.

Batumidə, 26 May küçəsində 8 oktyabrda təxminən saat 12:00 radələrində yaşayış korpusunun bir hissəsi uçdu. Doqquz insan vəfat etdi, bir nəfər xəsarət aldı. DİN korpusun uçması faktı üzrə aparılan istintaq çərçivəsində üç nəfəri yaxaladı. Prokurorluq onları insan ölümü və ağır nəticələrlə nəticələnən tikinti işləri zamanı təhlükəsizlik qaydalarını pozmaqda ittiham edib. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.