Rati Breqadze - 2030-cu il üçün Ədliyyə Evləri bütün Gürcüstanı əhatə etməlidir
Rati Breqadze - 2030-cu il üçün Ədliyyə Evləri bütün Gürcüstanı əhatə etməlidir

Ədliyyə Nazirliyi infrastruktur inkişafını fəal davam etdirir və 2030-cu il üçün Ədliyyə Evləri  və İctimai Mərkəzlər Gürcüstanın bütün munisipalitetini əhatə etməlidir, – bu barədə Ədliyyə naziri, Rati Breqadze bəyan etdi.

Nazirin dediyinə görə, 2021 və 2022-ci illərdə Gürcüstan miqyası ilə, dörd yeni Ədliyyə Evi açıldı, 2023-cü ilə qədər isə, İctimai Mərkəzlər Gürcüstanın daha 10 kəndinə xidmət göstərəcək.

“Müasir, yeni texnika ilə təchiz olunmuş, istifadəçinin komfortuna hesablanmış və MİM şəxslərə uyğunlaşdırlmış infrastrukturu instensiv şəkildə inkişaf etdirəcəyik. Nəticədə 2030-cü ildə istənilən insan bütün munisipalitetdə, ona yaxın olan Ədliyyə Evində istənilən xidməti alacaq”, – Ədliyyə naziri bəyan etdi.

Ədliyyə Evinin 10 illik proqramı çərçivəsində, Ədliyyə Evinin əlavə filialı Tbilisidə də tikiləcək, bu da dövlət servislərinə daha artıq əlçatarlığı və istifadəçilərin axınının yüngülləşdirilməsinə imkanlar yaradacaq”, – Breqadze qeyd etdi.