Rati Breqadze – Ədliyyə Evi yerdir ki, harada da insan hiss edir, dövlət onun evidir

16:07, 17.12.2021

Bu gün Ədliyyə Evi tam bir pəncərə prinsipi ilə ölkə vətəndaşlarına və qonaqlarına 450-dən çox xidmət təklif edir, – bu barədə Ədliyyə naziri, Rati Breqadze Gürcüstan Parlamentində “nazir saatı” formatında çıxışı zamanı bildirib.

Nazirin məlumatına görə, Gürcüstanda 27 Ədliyyə Evi və 88 İctimai Mərkəz fəaliyyət göstərir.

“Bu, müştəriləri Ədliyyə Nazirliyinin 8700-ə yaxın əməkdaşının hazırladığı məhsullarla təmin edən cəbhə xəttidir və idarənin məqsədi bu yaxşılıqdan mümkün qədər çox yerdə əlçatarlı etməkdir”, – Rati Breqadze bəyan etdi.

Nazirin dediyinə görə, əlçatarlığı təmin etmək üçün ən müasir texniki vasitələrlə təchiz edilmiş, qonaqların rahatlığına yönəldilən və MİM şəxslərin ehtiyaclarına uyğunlaşdırılan infrastruktur inkişaf etdirilir.

 

Oxşar