Rasa İukneviçiene - "BBC"nin araşdırmasına diqqəti yönəltmək istəyirəm və Avropa Komissiyasını, Avropa Şurasını beynəlxalq müstəqil araşdırmanın başlanması üçün reaksiya verməyə çağırıram
Rasa İukneviçiene - "BBC"nin araşdırmasına diqqəti yönəltmək istəyirəm və Avropa Komissiyasını, Avropa Şurasını beynəlxalq müstəqil araşdırmanın başlanması üçün reaksiya verməyə çağırıram

 

Saxarov mükafatının həbsdə olan iki jurnalistə verilməsi üçün çox çalışan həmkarlarıma təşəkkür etmək istərdim. Andjey Poçobut və Mzia Amağlobelinin həbsxanaları arasındakı məsafənin 2000 kilometrdən çox olmasına baxmayaraq, onları azadlıq uğrunda mübarizə birləşdirir – bu haqda avropalı parlamentari Rasa İukneviçiene Avropa Parlamentinin iclasında Gürcüstanda demokratik böhran mövzusunda debatlar zamanı deyib.

“Bütün bunlar necə başladı? Bəlkə, bu bizim ölkələrimizdə də baş verə bilər? Həm Belarusda, həm də Gürcüstanda hər şey demokratik seçkilərlə başladı. Başlanğıc medianın boğulması idi. Ən əsası, bu millətlərin jurnalistlərin həbs olunduğu günə qədər olan yolunu analiz etməkdir, çünki bizim demokratiyalarımız da hücum altındadır. Saxarov mükafatı Lukaşenko və Bidzina İvanişvilinin həbsxanalarında əziyyət çəkən bütün həbs olunmuşlara aid idi, biz onlara Avropa Parlamentindən aydın mesaj göndəririk: Siz tək deyilsiniz. Biz sizi görürük, sizi başa düşürük və sizə kömək etməyə çalışırıq. Avropa Parlamentində sizin çoxlu dostlarınız var, lakin Gürcüstanda vəziyyət pisləşir” – Rasa İukneviçiene bildirib.

Bununla yanaşı, avropalı parlamentari “BBC”nin filmi ilə əlaqədar danışıb və Avropa Komissiyasını, Avropa Şurasını beynəlxalq müstəqil araşdırmanın başlanması üçün reaksiya verməyə çağırıb.

“Diqqətinizi “BBC”nin son vaxtlardakı araşdırmasına yönəltmək istəyirəm. Araşdırmada üzə çıxır ki, 2024-cü ildə etiraz aksiyalarını dağıtmaq üçün Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi maddə istifadə olunub. Kimyəvi maddələr su şırnağına qarışdırılmışdı. Bu araşdırılmalıdır və üzə çıxarılmalıdır. Komissiyanı və Şuranı beynəlxalq müstəqil araşdırmanın başlanması üçün reaksiya verməyə çağırıram. Gürcüstan hakimiyyətinin müstəqil araşdırmadan qorxması faktı yalnız onu göstərir ki, onlar həqiqətdən və cəzadan qorxurlar. Bu, “BBC”nin üzə çıxardığı faktların böyük ehtimalla doğru olduğunu göstərir. Biz mübarizə aparan gürcü xalqına kömək etməliyik, çünki Gürcüstan Avropadır” – İukneviçiene bildirib.