Rasa İukneviçiene - Avropa Parlamenti Bidzina İvanişviliyə və onun “Gürcü Arzusu”ndan olan həmfikirlərinə olduqca aydın ismarıc göndərir, Avropa İttifaqına üzvlük onların siyasəti ilə uyğun deyil
Avropa Parlamenti Bidzina İvanişviliyə və onun “Gürcü Arzusu”ndan olan həmfikirlərinə olduqca aydın ismarıc göndərir, Avropa İttifaqına üzvlük onların siyasəti ilə uyğun deyil. Eyni anda Avropayönlü və rusyönlü ola bilməzsən, Avropa həyat tərzini dəstəkləyə və eyni zamanda Stalini mədh edə bilməzsən – bu haqda avropalı parlamentari Rasa İukneviçiene Avropa Parlamentində Gürcüstan məsələsi ilə bağlı cari müzakirələr zamanı bildirib.
O, Avropa Parlamentinin Gürcüstanda parlament seçkilərini diqqətlə izləyəcəyini deyib.
“Avropa Parlamenti gələcək seçkiləri diqqətlə izləyəcək. Bir daha təkrar edirik ki, seçkilərin keçirilməsi beynəlxalq standartlara tam uyğun olmalıdır. Əgər “Gürcü Arzusu” Lukaşenkonun yolu ilə getməyə davam edərsə, o zaman Avropa İttifaqı hərəkətə keçməli və vizanın liberallaşdırılması meyarları da daxil olmaqla Gürcüstanın üzərinə götürdüyü öhdəlikləri qiymətləndirməli olacaq. Biz həmçinin Mixeil Saakaşvilinin dərhal və heç bir şərt olmadan azad edilməsinə çağırırıq. Gürcüstan hökuməti Saakaşvilinin həyatına və sağlamlığına dəyən istənilən ziyana görə tam məsuliyyət daşımalıdır. Gürcüstanın gələcəyi ilə bağlı qərar gürcü xalqının əlindədir. Hörmətli gürcülər, Gürcüstanın gələcəyi qarşısında sizdən daha cavadeh heç kim ola bilməz. Ümid edirik ki, Gürcüstan xalqı demokratik Avropa ailəsinə doğru yolunu tapacaq” – avrodeputat bildirib.