Ran Qidor – Bu gün Gürcüstan Konstitusiyasını və həm gürcülərin, həm də israillilərin layiq olduqları bərabərlik hüquqlarını müdafiə etmək üçün toplandıq
Bu gün Gürcüstan Konstitusiyasını və həm gürcülərin, həm də israillilərin layiq olduqları bərabərlik hüquqlarını müdafiə etmək üçün toplandıq, – İsrailin Gürcüstandakı səfiri Ran Qidor bu barədə “Tbilisi Pride” həftəsinin ilk tədbirindən sonra bildirdi.
“Ümid edirəm ki, bu cür hadisələr getdikcə daha normal və məqbul olacaq. Biz dəstəklədiyimiz budur. Çöldə baş verənlər sürpriz olmasa da çox kədərli bir hadisədi.
Təəssüf ki, praydın adi bir hadisə olduğu İsrail də daxil olmaqla bütün ölkələrdə bu fikrə qarşı çıxan qruplar var. Ümid edirəm ki, çöldə gördüklərimiz kənarlaşdırılacaq və daha az şiddətli olacaq” , – dedi İsrailin Gürcüstandakı səfiri.
“Tbilisi Pride” həftəsi bu gün başladı. İlk tədbir diplomatik korpus nümayəndələrinin qatıldığı filmin nümayişi oldu. Pride-nin əleyhdarları filmin nümayiş olunduğu ərazinin yaxınlığında toplaşdılar. Yerdəki vəziyyət bir neçə dəfə gərginləşib. Polis, hüquq-mühafizə orqanları ilə Pride əleyhdarlarının qarşıdurması zamanı bir neçə nəfəri saxladı.