Ramzan Kadırovun məlumatına əsasən, Çeçenistanda yerləşən Rusiyanın Xüsusi Təyinatlı Qüvvələrinin Universitetinə dronlarla hücum ediblər

14:01, 29.10.2024

 
Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirir ki, Çeçenistanda yerləşən “Rusiyanın Xüsusi Təyinatlı Qüvvələrinin Universiteti”nə dronlarla hücum ediblər.

O, hadisənin insan tələfatı ilə nəticələnmədiyini deyib.

“Bu gün səhər saat 06:30-da Qudermesdə, “Rusiyanın Xüsusi Təyinatlı Qüvvələrinin Universiteti”nin ərazisində, pilotsuz uçuş aparatının hücumu nəticəsində boş binanın damında yanğın baş verib. Tələfat və xəsarət alan yoxdur. Yanğını söndürüblər” – Çeçenistanın lideri yazır.

“Rusiyanın Xüsusi Təyinatlı Qüvvələrinin Universiteti” digər fəaliyyətlərlə yanaşı, Ukraynada hərbi əməliyyatların iştirakçılarını hazırlayır.

Məlumat üçün bildirək ki, Çeçenistan hakimiyyəti ilk dəfədir ki, Çeçenistan ərazisinə dronlarla hücum haqda xəbər verir.

Oxşar