Ramzan Kadırov bəyan edir ki, Çeçenistanda səfərbərlik olmayacaq, çünki respublikada ordunun planı 254%-dən çox yerinə yetirilib
Çeçenistan lideri Ramzan Kadırov bəyan edir ki, Çeçenistanda səfərbərlik olmayacaq, çünki respublikada ordunun planı 254%-dən çox yerinə yetirilib və Ukraynada davam edən üzdəniraq “hərbi əməliyyatda” 20 min Çeçenistan sakini iştirak edib.
Medianın məlumatına görə, bu barədə Ramzan Kadırov operativ qərargahı ilə iclasda bəyan etdi.
Lakin Kadırov hansı plandan danışdığını və bu planın nə vaxt təsdiq edildiyini açıqlamayıb.
Çeçenistan lideri həmçinin bəyan etdi ki, etiraz aksiyasına kim çıxsa, onların ərləri və uşaqları döyüş əməliyyatlarının ön cəbhəsinə göndəriləcəklər.
Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib və bu, Rusiya şəhərlərində etirazlara və həbslərə səbəb oldu.