rakli Kobaxidze: Hamı Konstitusiyaya və konstitusion quruluşa hörmət etməlidir, əgər kimsə buna əməl etmirsə, sonda bunu təmin edəcək qanunvericilik mexanizmləri mövcud olmalıdır
rakli Kobaxidze: Hamı Konstitusiyaya və konstitusion quruluşa hörmət etməlidir, əgər kimsə buna əməl etmirsə, sonda bunu təmin edəcək qanunvericilik mexanizmləri mövcud olmalıdır

Hamı Konstitusiyaya və konstitusion quruluşa hörmət etməlidir. Əgər kimsə buna əməl etmirsə, nəticə etibarilə bunu təmin edəcək qanunvericilik mexanizmləri də mövcud olmalıdır. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dubayda jurnalistlərə açıqlama verib.

Hökumət başçısının sözlərinə görə, Gürcüstanda konstitusion quruluş mövcuddur.

“Son vaxtlar Almaniya Federal Konstitusiya Məhkəməsinin presedenti yadıma düşür. Həmin qərara əsasən, siyasi partiya kimi deyil, partiyaya bənzər bir qurumun fəaliyyəti qadağan edilib və bunun əsas səbəblərindən biri Almaniyada formalaşmış konstitusion quruluşu tanımaması olub. Bu isə tamamilə məntiqli praktikadır. Beynəlxalq təcrübə də bunu göstərir. Bizim halda da müvafiq prinsiplərin qorunması çox vacibdir. Gürcüstanda konstitusion quruluş mövcuddur, hamı Konstitusiyaya və konstitusion quruluşa hörmət etməlidir və əgər kimsə buna əməl etmirsə, əlbəttə ki, sonda bunu təmin edəcək qanunvericilik mexanizmləri də mövcud olmalıdır”, – deyə İrakli Kobaxidze bildirib.