rakli Kobaxidze: Gürcüstan dünyada “Givinostat” preparatını əldə edib tətbiq edəcək ilk ölkələrdən biri olacaq, bu, dövlətin vətəndaşlara qayğısının bariz nümunəsidir
İrakli Kobaxidze: “Italfarmaco” şirkəti ilə “Givinostat” preparatının alınmasına dair müqavilə imzalanıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib ki, “Italfarmaco” şirkəti ilə “Givinostat” preparatının alınmasına dair müqavilə imzalanıb.
Hökumət başçısının sözlərinə görə, Gürcüstan bu preparatı satın alaraq xəstəliyin idarə olunması üzrə dövlət proqramına daxil edəcək dünyada ilk ölkələrdən biri olacaq.
“Bu preparatın yüksək qiymətinə görə, adambaşına düşən iqtisadi göstəriciləri Gürcüstandan 5-10 dəfə yüksək olan bir çox ölkə belə onu almır. Buna baxmayaraq, Gürcüstan, xüsusilə də səhiyyə sahəsində, vətəndaşlara qayğının ən bariz nümunələrindən biridir. Məhz bu yanaşmanın nəticəsidir ki, sözügedən preparatın alınması prosesi uğurla başa çatdırılıb.
Bu preparat 6 yaşdan etibarən, hərəkət qabiliyyəti qorunub saxlanılan dövrədək olan pasiyentlər üçün nəzərdə tutulub. Biz işimizi davam etdirəcəyik. Hazırda ikinci preparatın alınması istiqamətində də fəal iş aparılır və ümid edirik ki, bu proses də yaxın vaxtlarda uğurla yekunlaşacaq. Bu prosesi fəal şəkildə idarə etdiyinə və uğurla başa çatdırdığına görə səhiyyə nazirinə təşəkkürümü bildirirəm”, – deyə İrakli Kobaxidze qeyd edib.