RAF-ın rəhbəri – Usman Nurmaqomedovun turnirdə iştirakına qadağa qoyulub, Merab Dvalişvilinin iştirakı isə hələlik qeyri-müəyyəndir #1TVSPORT

19:46, 12.11.2026

 

“Real American Freestyle” (RAF) təşkilatının həmtəsisçisi Çad Bronşteyn Əbu-Dabidə Merab Dvalişvili ilə Usman Nurmaqomedov arasında baş vermiş insident haqda danışıb.

Noyabrın 14-də Əbu-Dabidə RAF-ın növbəti turniri keçiriləcək və turnir çərçivəsində Merab Dvalişvili Marlon Moraeslə qarşılaşmalıdır. Lakin baş vermiş qarşıdurmadan sonra gürcü döyüşçünün turnirdə iştirakı hələ də qeyri-müəyyən olaraq qalır.

Noyabrın 12-də keçirilən mətbuat konfransında Bronşteyn Dvalişvilinin səhhəti ilə bağlı məlumat yayıb və Usman Nurmaqomedova şənbə günü „Etihad Arena“da planlaşdırılan tədbirə qatılmağın qadağan edildiyini təsdiqləyib.

“Hazırda yaranmış vəziyyətin həlli üzərində işləyirik. Merab özünü yaxşı hiss edir. Birləşmiş Ərəb Əmirliklərinin müvafiq qurumları ilə birlikdə məsələni həll etməyə çalışırıq və ümid edirik ki, hər şey ən qısa zamanda yoluna qoyulacaq.

Usmana gəlincə, aydındır ki, o, şənbə axşamı bizim tədbirimizdə iştirak edə bilməyəcək.

Ümid edirik ki, Merab turnirdə iştirak edəcək. O, bura xüsusi olaraq gəlib və RAF üçün mühüm idmançıdır. Merabın yarışmasını çox istəyirik” – Çad Bronşteyn açıqlayıb.

Əbu-Dabidə Merab Dvalişvili və Saba Lazişviliyə Usman Nurmaqomedov və onunla birlikdə olan şəxslər hücum ediblər. İnsidentdən sonra məsələyə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları qarışıblar.

Saba Lazişvilinin qardaşı Zviad Lazişvilinin yaydığı məlumata əsasən, Merab Dvalişvili və Saba Lazişvili hazırda həbsdədirlər.

Oxşar