Radoslav Sikorski - Ukrayna üçün Amerika silahının alınmasına Polşanın töhfəsi 100 milyon dollar olacaq
Ukrayna üçün Amerika silahının alınmasına Polşanın töhfəsi 100 milyon dollar olacaq – bu haqda Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Sikorski bildirib ki, yeni mexanizm çərçivəsində Polşa, Almaniya və Norveç ümumilikdə 500 milyon dollar ayıracaqlar, bunun da 100 milyon dolları Polşanın töhfəsi olacaq.
“Rus diversantlar tərəfindən partladılmış Polşa dəmir yolu xəttinin hər santimetri üçün bir milyon dollar” – Sikorski bildirib.
Vəsait NATO ilə ABŞ Prezidenti Donald Tramp arasında əldə edilən razılaşma çərçivəsində yaradılan yeni mexanizm çərçivəsində xərclənəcək və bu mexanizm vasitəsilə də NATO-nun müttəfiqləri Kiyevə lazım olan silahları ABŞ-dan alırlar.