Radoslav Sikorski – Sovet və indi artıq rus yoldaşlarımız qüvvələr nisbətini anlamalı, həmçinin bizi təhdid edərkən nəyə gedib çıxdıqlarını başa düşməlidirlər

16:25, 17.09.2026

 

Sovet və indi artıq rus yoldaşlarımız qüvvələr nisbətini anlamalı, həmçinin bizi təhdid edərkən nəyə gedib çıxdıqlarını başa düşməlidirlər – Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşevin “əgər Polşa Rusiya ilə müharibəyə başlasa, Polşa dövlətinin mövcudluğu 2-3 günə sona çatacaq” bəyanatına bu şəkildə münasibət bildirib.

Sikorski qeyd edib ki, rus generallar artıq 20 ildir Polşanı nüvə müharibəsi ilə təhdid edirlər və Kremlin təbliğatçıları bunu fasiləsiz olaraq edirlər.

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri, nüvə silahının Rusiyanın üstünlüyə malik olduğu sahə olduğunu deyib.

“Lakin Ukrayna nümunəsində bu üstünlükdən istifadə etməyi necə öyrəndiklərini demək çətindir. Əgər Rusiya bu müharibəni nüvə şantajı ilə həll edə bilsəydi, bunu artıq edərdi” – Sikorski əlavə edib.

Oxşar